Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa haim təyinatları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona yan xətt hakimləri qismində Yuri Praprotnik və Qreqa Kordez köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR Matej Juqa, AVAR isə Alen Borosaka həvalə olunub.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək.
Son xəbərlər
Son Xəbərlər