“Qarabağ” “Braqa”nın müdafiəsini darmadağın etdi” - UEFA-nın rəsmi saytı

qarabag-braqanin-mudafiesini-darmadagin-etdi
Oxunma sayı: 3529

UEFA-nın rəsmi saytı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”nı ” (4:2) məğlub etməsindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı “Qarabağ”ın rəqibini darmadağın etməsini parlaq qələbə sayıb.

“Abdullah Zubirin dublu “Qarabağ”ın Portuqaliyada qələbə qazanmasına kömək etdi. Marko Yankoviç penaltini dəqiq yerinə yetirərək hesabı açdı. Fasiləyə az qalmış künc zərbəsindən sonra Simon Banza hesabı bərabərləşdirdi. Lakin ikinci hissədə “Qarabağ” rəqibin müdafiəsini darmadağın etdi – Zubir iki, Juninyo isə daha bir qol vurdu. Lakin  cavab matçında çox çətin tapşırığı həll etməli olacaqlar”.

Qeyd edək ki, “Qarabağ” və “Braqa” arasında cavab matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.