Qarabağ qazisinin bu videosu ən çox paylaşılan oldu

qarabag-qazisinin-bu-videosu-en-cox-paylasilan-oldu
Oxunma sayı: 10032

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı məruzəsini əks etdirən video yayılıb.

"Qafqazinfo" xəbər verir ki, birinci qrup Qarabağ qazisinin məruzə etdikdən sonra böyük coşqu ilə baş leytenantı qucaqladığı anı əks etdirən video sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

Qeyd edək ki, Gəncə sakini olan Qəmbərov Rauf birinci Qarabağ savaşında ayağının birini və iki gözünü Vətən yolunda qurban verib.