“Qarabağ” sığınacaqdakı o azyaşlı ilə görüşəcək - Video

qarabag-siginacaqdaki-o-azyasli-ile-gorusecek
Oxunma sayı: 66

“Qarabağ” FK Qadın və Uşaq Sığınacağında “Qarabağ” - “Ayaks”(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb.

“O qədər sevinirik ki... Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək”, - paylaşımda deyilir.

Qeyd edilib ki, klubdan zəng edərək, azyaşlı ilə tezliklə görüşəcəklərini bildiriblər.

Bundan başqa, izləyicilər balaca Əkbərə sevimli klubunun formasını hədiyyə ediblər.