“Qarabağ” tarix yazdı - İlk dəfə pley-off-da

qarabag-tarix-yazdi
Oxunma sayı: 6869

UEFA Konfrans Liqasında mübarizə aparan “Qarabağ” tarixi nəticəyə imza atıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Azərbaycan futbolu tarixində qrup mərhələsindən pley-off-a adlayan ilk klub olub.

Bu, komandamızın qrupunda yer alan “Omoniya” və “Bazel” klublarının heç-heçəsindən sonra rəsmiləşib.

Belə ki, qrupa 10 xalla liderlik edən “Qarabağ”a son 2 turda nə “Omoniya”, nə də “Kayrat” çata bilməyəcək.

Qeyd edək ki, “Qarabağ”ın 1/16 final mərhələsində oynayacağı dəqiqləşib.