“Qarabağ” pley-off-da - Yenilənib

qarabag-pley-off-da
Oxunma sayı: 4031

Hazırda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunun matçları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu turdan sonra 1/8 finalın iştirakçıları və pley-off mərhələsinin iştirakçıları məlum olacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” hazırda davam edən matçda “Liverpul”a uduzur. Buna baxmayaraq, komandamız hələ də pley-off zonasındadır. Aktivində 10 xal olan Qurban Qurbanovun komandası 21-ci yerdədir.

***

Azərbaycan təmsilçisi “Qarabağ” pley-off-a vəsiqə qazanıb.

Komandamız 22-ci pillədə qərarlaşıb və son 24 komanda arasında qalıb.

Cədvəli bu linkdən izləyə bilərsiniz.