“Qarabağ” UEFA Avropa Liqasının pley-off-unda - Yenilənib

qarabag-uefa-avropa-liqasinin-pley-off-unda
Oxunma sayı: 12391

“Qarabağ” bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu səfərdə HİK-lə görüşəcək.

Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

17 avqust

20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Villy Delajod (Fransa)

Helsinki Futbol stadionu

İlk oyun – 1:2

***

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

HİK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka,

Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka,

Baş məşqçi: Toni Korkeakunnas

***

Matç başladı.

***

HİK hesabı açır.

Hottikos 10-cu dəqiqədə fərqləndi

***

17-ci dəqiqədə HİK-in futbolçusu Kouassovi-Bennissan qırmızı vərəqə aldı.

***

“Qarabağ” hesabı 1:1 etdi. Toral Bayramov 45+3-cü dəqiqədə fərqləndi

 

***

İlk hissə başa çatdı

***

İkinci hissə başladı.

***

“Qarabağ” 2-ci qolu vurdu.

Yasin Benzia 55-ci dəqiqədə fərqlənir.

***

Matç bitdi.