Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi

qarabag-universiteti-ile-bagli-ilk-vakansiya-elan-edildi
Oxunma sayı: 8652

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.