“Qarabağ” yalnız tərifə layiqdir” - Patrik Şik

qarabag-yalniz-terife-layiqdir
Oxunma sayı: 2175

“Qarabağ” Bundesliqadakı rəqiblərimizdən daha fərqli oynadı”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer”in futbolçusu Patrik Şik Avropa Liqasının 1/8 finalında “Qarabağ”la cavab oyunundan (3:2) sonra deyib.

Hücumçu bildirib ki, qələbə asan olmayıb: “Heç nə təsadüfi deyildi. Son dəqiqəyə qədər mübarizə apardıq. Rəqibimiz ancaq tərifə layiqdir. Bu matç bizim üçün heç də asan olmadı. Final mərhələsində rəqibimizin kim olmasının fərqi yoxdur. Biz hər kəsi məğlub etməyə qadirik”.