“Qarabağ”da maaş problem deyildi” - Dani Kintana

qarabagda-maas-problem-deyildi
Oxunma sayı: 4415

“Qarabağ”a minnətdarlığım sonsuzdur. Orada maaş problemi heç vaxt olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Dani Kintana “Canarias 7” nəşrinə müsahibəsində deyib.

O, karyerasından danışarkən “Qarabağ”da oynadığı zaman əlinə düşən imkanlardan söz açıb: “Mən “Qarabağ”ın bütün üzvlərinə çox minnətdaram. Çox layiqli klubdur, hər matça görə bütün bonusları almışam, maaş problem deyildi. Müasir klub olduğu üçün, imkanları da inanılmaz idi”.

Futbolçu bildirib ki, Azərbaycan onun karyerası üçün həlledici rol oynayıb: “16 qol və 12 məhsuldar ötürmə ilə liqanın ən yaxşı əcnəbi oyunçusu mükafatını qazanmışam”.