“Qarabağ”ın U-14 komandası Belarusda çempion oldu

qarabagin-u-14-komandasi-belarusda-cempion-oldu
Oxunma sayı: 2510

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin çempionu olub.

“Qafqazinfo”nun məlumatına görə,14 yaşlılardan ibarət komandamız yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Asif Əlizadənin baş məşqçisi olduğu ağdamlılar final oyununda BATE ilə qarşılaşıb.

BATE-ni də 1 qolla məğlub edən “Qarabağ” turnirin qalibi adına yiyələnib.