“Qarabağ”ın U-19 komandasının matçına təyinatlar bəlli oldu

qarabagin-u-19-komandasinin-matcina-teyinatlar-belli-oldu
Oxunma sayı: 139

“Qarabağ”ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.