Qardaşları öldürən tutuldu- - Təfərrüat

qardaslari-olduren-tutuldu-
Oxunma sayı: 5477


“Qafqazinfo” xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

İki qardaşı güllələyən Zaur Əkbər oğlu Tərlanov saxlanılıb. Hazırda o, polis tərəfindən dindirilir.

Güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahit Rəhimov qardaşdırlar. 

Qeyd edək ki, bu gün axşam saatlarında Sahil qəsəbəsində silahlı insident qeydə alınmışdı. Avtomobildə iki qardaş güllələnmişdi. Onların hər ikisi yerindəcə ölmüşdü.