“Qatarların sürət həddi bərpa olunub” - ADY

qatarlarin-suret-heddi-berpa-olunub
Oxunma sayı: 1150

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə Azərbaycan Dəmir Yollarından (QSC) “Qafqazinfo”ya bildirilib.

“Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur” ,- məlumatda qeyd olunub.