“QAYO” şirkəti şəhid ailələri və qazilərlə bir arada - Video + Fotolar

qayo-sirketi-sehid-aileleri-ve-qazilerle-bir-arada
Oxunma sayı: 2196

“QAYO” şirkətinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində şəhid ailələri və qazilərlə bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, şəhər məkanlarından birində keçirilən görüş Azərbaycan Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

“Qayo” şirkətinin rəhbər Anar Qəhrəmanov çıxışında hər zaman şəhid ailələri və qazilərin yanında olduğunu vurğulayıb:

“Bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əlbəttə ki, hər zaman şəhid ailələri və qazilərimizin qayğısına qalırlar. Biz vətəndaşlar da bundan örnək götürüb, qanı bahasına torpaqlarımızı qaytaran şəhidlərimizin bizə əmanət qoyub getdiyi aiələlərini unutmamalıyıq. 30 il həsrətini çəkdiyimiz torpaqların Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yorulmaz və məqsədyönlü siyasəti sayəsində bizə qaytarılması tarix boyu yaşadığımız ən böyük sevinc, əvəzsiz uğurdur. Torpaq həsrəti ən böyük həsrətdir. Cənab Prezidentimiz hər bir azərbaycanlının bu həsrətinə son qoydu”.

Şirkət kollektivi qonaqlara qurban payı paylayıb.