Qazaxıstanda daşqınlara görə 63 mindən çox sakin təxliyə edildi

qazaxistanda-dasqinlara-gore-63-minden-cox-sakin-texliye-edildi
Oxunma sayı: 2204

Qazaxıstan xilasediciləri daşqın vəziyyətinə görə bir neçə yaşayış məntəqəsindən 63 mindən çox insanı təxliyə ediblər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəisi Kaharman Orazalin brifinqdə bildirib.

“Aktobe, Kostanay, Pavlodar, Akmola, Atırau və Şimali Qazaxıstan vilayətlərində 3391 fərdi yaşayış binası, 1059 bağ evi, 79 müxtəlif təyinatlı tikili su altında qalıb.Hazırda birgə qüvvələr tərəfindən 63927 nəfər təxliyə edilib”, - Orazalin bildirib.

Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.

Daşqınlar səbəbindən ölkənin 10 rayonunda: Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətlərində yerli fövqəladə vəziyyət elan edilib.