Qazaxıstandakı partlayışda ölənlərin sayı 43 nəfərə çatıb - Yenilənib

qazaxistandaki-partlayisda-olenlerin-sayi-43-nefere-catib
Oxunma sayı: 2584

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 36 nəfərin öldüyü təsdiqlənib.

Bildirilib ki, 10 şaxtaçının axtarışları davam edir.

Qeyd edək ki, qəza anında şaxtada 252 nəfər olub. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir.

***

Hadisə nəticəsində həlak olanların sayı 43-yə çatıb.

Bildirilib ki, itkin düşən 3 şaxtaçının axtarışları isə davam etdirilir.