Qazaxıstanlı nazir “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda

qazaxistanli-nazir-baki-hovsan-beynelxalq-ticaret-deniz-limaninda
Oxunma sayı: 1944

Ölkəmizdə səfərdə olan Qazaxıstanın kənd təsərrüfatı naziri Saparov Aydarbek və qardaş ölkənin Ərzaq korporasiya AC Taxıl satışı üzrə icraçı direktoru Janatayev Rüstəm, həmçinin onları müşayiət edən nümayəndə heyəti ötən gün “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də olublar.

“Qafqazinfo” xəbər verir ki, limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları qarşılayıb, liman infrasrtukturu barəsində və Qazaxıstan Respublikasından "gübrə" növlü yüklərin Hövsan limanı üzərindən Avropa ölkələrinə daşınması haqqında məlumat verib.

Daha sonra nümayəndə heyəti liman ərazisində yerləşən Azərbaycan və Qazaxıstan tərəfindən birgə inşa olunan Bakı Taxıl Terminalı ilə tanış olub. Görüşdə iştirak edən qonaqların suallarına cavab verilib.

Gələcəkdə qardaş ölkənin şirkətləri ilə daha sıx əlaqələrin yaranması və Xəzər dənizi üzərindən taxıl yüklərinin daşınması həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edilib.