Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu mərhələdə mübarizəni davam etdirən “Qəbələ” növbətin oyununa çıxacaq.
Əyalət təmsilçisi doğma meydanda Sloveniya “Maribor”unu qonaq edəcək. Matç saat 21:00-da başlayacaq.
Avropa Liqası
Pley-off, ilk oyun
18 avqust
21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. “Dalğa Arena” stadionu
***
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrkeviç, 4. Elvin Camalov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov
“Maribor”: 33. Jasmin Handanoviç, 3. Yanza, 4. Şuler, 5. Vrhoveç, 6. Pihler, 9. Tavares, 11. Novakoviç, 22. Vrişiç, 35. Defendi, 39. Bohar, 44. Sme
***
Oyun başladı.
***
"Maribor" hesabı açdı. 17-ci dəqiqədə Tavares "Qəbələ"nin qapısına yol tapır.
***
37-ci dəqiqədə Sergey Zenyov hesabı bərabərləşdirir. 1:1
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə Baqali Dabo "Qəbələ"nin ikinci qolunu vurur. Hesab 2:1.
***
52-ci dəqiqədə Dabo komandasının üçüncü qolunu vurur. Hesab 3:1 "Qəbələ"nin xeyrinədir.
***
Oyun təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatdı.
Son xəbərlər
Son Xəbərlər