Qənirə Paşayeva ilə vida mərasimi keçirildi - Fotolar - Yenilənib

qenire-pasayeva-ile-vida-merasimi-kecirildi
Oxunma sayı: 19090

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili ilə vida mərasimi keçirilib.

Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak ediblər.

Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Sail Ağasəlim

Foto: Xəyal Vəlizadə