Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir - Görüntülər

qeterde-azerbaycan-medeniyyeti-gunleri-kecirilir
Oxunma sayı: 1636

Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur.

“Qətər Mall”da “Natiq” ritm qrupunun və “Mirvari” rəqs ansamblının konserti baş tutub.

Konsert proqramı çərçivəsində “Natiq” ritm qrupunun bir neçə kompozisiyası və “Mirvari” rəqs ansamblının rəqsləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Belə ki, konsert proqramı “Yallı” rəqsinin sədaları ilə tamamlanıb. Bu zaman konsert izləyiciləri azərbaycanlı qonaqlara qoşularaq yallı gediblər.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Günləri ilə bağlı tədbirlər 21-24 fevral tarixlərində baş tutacaq.

Lamiyə Məmmədova