“Qeyri adi nailiyyət istəyirik” - “Bayer”in kapitanı

qeyri-adi-nailiyyet-isteyirik
Oxunma sayı: 2916

“Xabi Alonsonun Leverkuzenlə 2026-cı ilin iyununa qədər müqaviləsi var. O, inanılmaz dərəcədə istedadlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bayer”in (Leverkuzen) kapitanı Lukaş Hradeski klubu haqqında danışarkən deyib.

O bildirib ki, mövsümü uğursuz başa vurmaq yaxşı olmaz: “İndiki nöqteyi-nəzərdən may ayının sonunda əliboş qalmaq məyusluq olardı. “Bayer” Bundesliqa çempionu “Bavariya”nı 8 xal qabaqlayır. Biz qeyri-adi bir şeyə nail olmaq istəyirik”.