Göyçayda yol-nəqliyyat hadisəsi 3 kəndin işıqsız qalması ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yüksək gərginlikli işıq dirəyinə çırpılıb.
Qəza zamanı Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və 10 kv-luq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb.
Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aşmış dirəkələrin yenisi ilə əvəz olunması istiqamətində zəruri işləri həyata keçrilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər