Qəzada yaralanan gənc 50 gün sonra öldü - Foto

qezada-yaralanan-genc-50-gun-sonra-oldu
Oxunma sayı: 1445

Avqustun 27-də gecə saat 01 radələrində Yevlaxda baş vermiş yol qəzasında xəsarət alan gənc 50 gün sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax şəhəri C.Mustafayev küçəsində qeydə alınıb.

Həmin vaxt 1995-ci il təvəllüdlü Yevlax sakini Kirman Orucovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil ağaca çırpılıb.

Avtomobildə olan sərnişinlər - 1999-cu il təvəllüdlü Ramiz Ramil oğlu Musayev və 2006-cı il təvəllüdlü Malik Zamanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Lakin R.Musayev oktyabrın 15-i orada ölüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.