Qəzzada 2 ayda 75 jurnalist ölüb

qezzada-2-ayda-75-jurnalist-olub
Oxunma sayı: 996

Qəzza zolağında baş verən münaqişələr zamanı 2 ayda 75 jurnalist ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fələstin Jurnalistlər Birliyi açıqlama yayıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.