Qəzzada atəşkəs nə vaxt əldə ediləcək?

qezzada-ateskes-ne-vaxt-elde-edilecek
Oxunma sayı: 868

“Qəzza zolağında atəşkəs razılaşmasının martın 4-nə qədər əldə olunacağına ümid edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ Prezidenti Cozef Bayden atəşkəs razılaşmasına çox az qaldığını bildirib:

“Milli təhlükəsizlik üzrə köməkçim Ceyk Sallivan mənə deyir ki, biz atəşkəs razılaşmasına yaxınıq, lakin biz hələ məsələ üzərində işi bitirməmişik. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər atəşkəs razılaşması əldə edəcəyik”.