Qəzzada məktəblərin 90%-dən çoxu dağıdılıb

qezzada-mekteblerin-90-den-coxu-dagidilib
Oxunma sayı: 180

UNICEF-in sözçüsü Ceyms Elder bildirib ki, Qəzzada məktəblərin 90%-dən çoxu zədələnib və ya dağılıb.

“Qafqazinfo” xəbər verir ki, Elder bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərkən deyib.

Elder təxminən iki il yarımdır ki, Qəzzada məktəblərə edilən hücumların bütün bir nəsli riskə atdığını vurğulayıb:

“Hazırda Qəzzada məktəb yaşlı uşaqların 60%-nin üz-üzə təhsil almaq imkanı yoxdur. Məktəblərin 90%-dən çoxu zədələnib və ya dağıdılıb. 5 yaşından kiçik 335 mindən çox uşağın erkən inkişafı ciddi risk altındadır”.