BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Qəzza zolağının şimalına ərzaq yardımının çatdırılmasını dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Bildirilib ki, buna səbəb yardım tədarükünün təhlükəsiz paylanılmamasıdır.
Təşkilat açıqlamasında ərzağın göndərilməsinin tez bərpa etmə yollarını axtaracağını qeyd edib.