Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Məlumatda Qəzzaya hücumların başlandığı ötən ilin oktyabrdan bu yana öldürülən jurnalistlərin sayının 138-ə yüksəldiyi qeyd olunub.
Belə ki, Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist Şifa xəstəxanasına hücum zamanı həlak olub.