Qırmızı kartlar hakimlərədir - Foto

qirmizi-kartlar-hakimleredir
Oxunma sayı: 818

Türkiyə “Super Liqa”sının 29-cu turunda “Beşiktaş” doğma meydanda “Antalyaspor”u qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, oyun zamanı “Beşiktaş” azarkeşləri ötən turda “Fənərbaxça” ilə matçda hakimin verdiyi mübahisəli qərara sivil etiraz ediblər.

Belə ki, azarkeşlər hakimlərin adları açıqlanarkən və ilk fitdən bir az əvvəl qırmızı vərəqələri havaya qaldıraraq etirazlarını bildiriblər.

Hər zaman kart göstərən hakimlər bu dəfə eyni mənzərə ilə özləri qarşılaşıblar: