“Qırmızı Meydan” buna görə bağlanıbmış - Yenilənib

qirmizi-meydan-buna-gore-baglanibmis
Oxunma sayı: 3135

Rusiyanın paytaxtı Moskva şəhərinin simvollarından biri olan “Qırmızı Meydan” sakinlər və paytaxt qonaqları üçün müvəqqəti bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, meydanın həm “Diriliş qapısı”ndan, həm də Nikolskaya küçəsindən olan girişi bağlanıb.

Bununla bağlı polis əməkdaşları da meqafonlarla səsləniblər:

“Hörmətli vətəndaşlar, “Qırmızı Meydan” bağlıdır, hamı çıxışa getsin”.

 Ziyarətçilərə meydanın açılış vaxtı və bu tədbirin niyə görüldüyü barədə məlumat verilmir.

Qeyd edək ki, “Qırmızı Meydan” sonuncu dəfə martın 23-də “Crocus City Hall” konsert zalında baş verən terror aktına görə ictimaiyyət üçün bağlanmışdı.

***

TASS-ın xəbərinə görə, meydan mayın 9-da baş tutacaq Qələbə Paradına hazırlıqla əlaqədar bağlanıb.

Bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonov açıqlama verib.