Qiyam gecəsinin 1 nömrəli şübhəlisi Gülənin dizinin dibində - Video

qiyam-gecesinin-1-nomreli-subhelisi-gulenin-dizinin-dibinde
Oxunma sayı: 10806

15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhdin 1 nömrəli şübhəlisi kimi tanınan Adil Öksüzün Fətullah Gülənlə yeni videogörüntüləri yayılıb.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qiyam gecəsində Akıncı hərbi bazasında saxlanıldıqdan sonra sərbəst buraxılan və hazırda axtarışda olan A. Öksüzün videoda F. Gülənin dizləri önündə çökdüyü, iki uşağın Gülənə şeir və dualar oxuduğu görünür.

Adil Öksüzün Pensilvaniya ştatındakı görüntülərinin nə vaxt çəkildiyi bilinmir. Onun Türkiyədən ABŞ-a, Fətullah Gülənin yanına qaçıb-qaçmadığı isə bu görüntülərin tarixi müəyyənləşəndən sonra bəlli olacaq.