Qızını öldürən ata danışdı - Video

qizini-olduren-ata-danisdi-
Oxunma sayı: 11628

Ağdam rayon sakini, 15 yaşlı Aygün Cabbarova, bibisi 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

QafqazinfoRegion TV-yə istinadən bildirir ki, dərhal araşdırmaralara başlayan Abşeron Rayon Polis Əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şüphə ilə yanaşan polis əməkdaşları, araşdırmalarını davam etdiriblər.

Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası, 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burada qalmalı olub.

Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə, qəzəbinə sahib çıxa bilməyən ata, bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb.

Nəsib Cabbarov - saxlanılan şəxs: “Səhər saat 8 də. Bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata, vurma, ay ata, vurma. Mən də vurdum”.

Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub: “Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşayacam ki, nə də çıxıb gedə biləm”.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.