Qollar arasındakı qan təzyiqi fərqi ilə - Ölüm riski necə izlənilir?

qollar-arasindaki-qan-tezyiqi-ferqi-ile
Oxunma sayı: 3551

Tədqiqatçılar erkən ölüm riskini göstərə biləcək maraqlı araşdırma aparıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Hypertension" jurnalı məqalədə yayımlayıb.

Belə ki, beynəlxalq alimlər müxtəlif qitələrsən təxminən 54 min insanın iştirak etdiyi eksperiment üzərində işləyiblər. Bununla 24 fərqli araşdırmanın təhlilini aparıblar.

Mütəxəssislər qollar arasındakı qan təzyiqi fərqinə dair məlumatlara baxıblar. Beləcə, 10 il ərzində baş verən ölüm sayını, ürək tutmalarını və insultların sayını izləyiblər.

Məlum olub ki, iki qoldakı yuxarı qan təzyiqi göstəriciləri arasındakı ciddi fərq damarların daralmasını və ya sərtliyini göstərir. Bu da birbaşa qan axınına təsir edir. Hər bir əlavə millimetr civə fərqi yaxın 10 il ərzində infarkt və ya insult riskini bir faiz artırır. Bu minvalla 10 millimetr civə fərqi normanın yuxarı həddidir.