Quldurluq etdiyi üçün axtarışda olan şəxs silahla tutuldu - Foto

Quldurluq etdiyi üçün axtarışda olan şəxs silahla tutuldu
Oxunma sayı: 2540

Suraxanı rayonunda quldurluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dİn məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub.

Şəxsi axtarış aparılan zaman R.Almazovdan bir ədəd “Makarov” markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.