Qurban Qurbanov mətbuat konfransına qatılmadı

qurban-qurbanov-metbuat-konfransina-qatilmadi
Oxunma sayı: 2099

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ" Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzub.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında iştirak etməyib. O, kiprli jurnalistlərin önünə çıxmayıb.

Qeyd edək ki, ötən gün kiprli jurnalistlər konfransa gəlmədiyi üçün 47 yaşlı mütəxəssisin konfransı reallaşmamışdı.

Onu da əlavə edək ki, Qurban Qurbanov matçla bağlı klub saytına açıqlama verib.