Qusarda ağır qəza - Xəsarət alanlar var

qusarda-agir-qeza
Oxunma sayı: 224

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, 3 nəfər kişi və 1 nəfər qadın ağır xəsarətlərlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov