Ramil Usubov nazirin qardaşı oğlunu rəis təyin etdi

ramil-usubov-nazirin-qardasi-oglunu-reis-teyin-etdi
Oxunma sayı: 14146

Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, sənədə əsasən, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəisi təyin olunan Elnur Əliyev isə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin bacısı Şəfiqə Əliyevanın nəvəsi, həmçinin Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin kürəkənidir.