Ramin İsayevin həbs müddəti uzadıldı

ramin-isayevin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 6865

16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Həmçinın bu xəbəri oxuyun: Армянское издание вновь в своем амплуа - ПРОФЕССИОНАЛИЗМОМ И НЕ ПАХНЕТ

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda təqdimat əsaslı hesab edilib.

Qərara əsasən, R.İsayevin həbsdə saxlanma müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda aş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.