Ramiz Əzizbəyli- - "Mən işlə qurtardım"

ramiz-ezizbeyli-
Oxunma sayı: 3441


“Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”. 

“Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli deyib. 

O, ev şəraitində müalicəsinin davam etdiyini deyib: “Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm”. 

R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O bildirib ki, işləməyə səhhəti imkan vermədiyindən özü ərizə yazıb: “Mən işlə qurtardım, indi pensiyadayam”. 

Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib. 

Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.