Bu sözləri gənc yazar Qan Turalının Azad Yazarlar Ocağından (AYO) istefa verməsi ilə bağlı “Qafqazinfo”ya açıqlama verən qurumun sabiq rəhbəri, yazıçı və publisist kimi tanınan Rasim Qaraca söyləyib.
R. Qaraca bildirib ki, AYO-çular ailədən tutmuş iş yerlərinə, hakimiyyət orqanlarına qədər hər kəsdən basqı görürlər: “Azad Yazar olmaqdan ötrü çox yüksək fərdi keyfiyyətlərə və yaradıcılıq vizyonuna, kollektiv təfəkkürə sahib olmalısan. AYO-da neqativlər yox deyil, ancaq əsas prinsiplərin xatirinə biz heç zaman bunlara əhəmiyyət vermirik. Müstəqil Azərbaycanda yeganə müstəqil ədəbi təşkilat olaraq fəaliyyətimizi sürdürürük, maddi resurslar sıfır həddindədir, olmayan idealları gerçəkləşdirməyə çalışırıq”.
AYO üzvü onu da qeyd edib ki, Sevinc El Sevərin və Qan Turalının dəstəyinə ehtiyacımız olduğu halda, onların hansısa inciklik səbəblərindən ictimaiyyətə (qələm dostlarına deyil) bəyanat verməsi ən azından etik deyil: “İstər-istəməz adamın ağlına gəlir, dostlarımız hansısa basqıyla üzləşiblər və bu addımı atmaqdan ötrü ilk fürsəti gözləyirmişlər. Məncə adlarını çəkdiyim hər iki yazar öz yazıçı karyeraları baxımından uzaqgörən davranmayıblar. Hər halda qərar onlarındır. Hər ikisinə uğurlar arzulayıram”.
Xatırladaq ki, bir neçə gün əvvəl gənc yazar Qan Turalı “Qafqazinfo”ya açıqlamasında AYO-dan istefa verdiyini söyləmişdi.
Gülnar
Son xəbərlər
Son Xəbərlər