Sabunçu xəstəxanasının həyətində döl tapıldı - Yenilənib

sabuncu-xestexanasinin-heyetinde-dol-tapildi
Oxunma sayı: 843

Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.

Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Sabunçu Tibb Mərkəzindən saytımıza verilən məlumata görə, dekabrın 4-ü saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisindəki ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib: “Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib.

İlkin məlumata görə, aşkarlanmış ölü döl 34-36 həftəlik hamiləlik dövrünə uyğundur. 

Qeyd edək ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.