21 yaşlı hamilə qadın xəstəxanada öldü - Yenilənib

21-yasli-hamile-qadin-xestexanada-oldu
Oxunma sayı: 1142

Bakıda 21 yaşlı hamilə qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Qazax sakini Lalə Süleyman qızı Süleymanova səhhətinin pisləşməsi səbəbindən yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Respublika Klinik Xəstəxanasından saytımıza verilən məlumata görə, 2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-si saat 22:50 radələrində xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Pasiyentin şikayəti bir neçə gündür davam edən öskürək və bədən temperaturunun yüksəlməsi olub.

Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.

Dekabrın 3-ü saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb.

Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib”.