Rauf Məhərrəmov işdən çıxarıldı

rauf-meherremov-isden-cixarildi
Oxunma sayı: 17132

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

“Qafqazinfo” “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, nazirliyin kadr idarəsinin rəisi Rauf Məhərrəmov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Xatırladaq ki, ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.