Rəbiyət Aslanova İlham Rəhimovla ailə qurdu

rebiyet-aslanova-ilham-rehimovla-aile-qurdu
Oxunma sayı: 1129

Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova ailə həyatı qurub. “Qafqazinfo”nun məlumatına görə, komitə sədri Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı, Rusiya prezidentinin tələbə yoldaşı və dostu İlham Rəhimovla münasibətlərini rəsmiləşdirib. Bu münasibətlə iki gün əvvəl Bakıda İlham Rəhimova məxsus “Aristokrat” restoranında məclis də qurulub. Məclisdə hər iki tərəfdən ümumilikdə 200-ə qədər qonaq iştirak edib. O qədər də dəbdəbəli təşkil edilməyən məclis bir neçə saat çəkib və qonaqlar hər iki şəxsə xeyir-dua verərək onları təbrik ediblər.

Qeyd edək ki, hər iki şəxsin yaşı 60-dan artıqdır.

Təbrik edirik.