İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb.
İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfli münasibətlər haqqında danışıqlar aparılacağı bildirilib.