Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı məlumat yaydı

resmi-baki-xankendideki-partlayisla-bagli-melumat-yaydi
Oxunma sayı: 11986

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

“Qafqazinfo” Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.