Rey Kərimoğlu xəstəxanadan evə buraxıldı

rey-kerimoglu-xestexanadan-eve-buraxildi
Oxunma sayı: 2621

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müailcəsi başa çatıb və bu gün evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, R.Kərimoğlu müalicəsini bir müddət də ev şəraitində davam etdirəcək.

“Hazırda özümü əvvəlkindən yaxşı hiss edirəm. Yataq rejimində təxminən 1 həftədə də evdə müalicə alacağam. TƏBİB rəhbərliyinə, xəstəxananın həkimlərinə, xüsusən həkimim professor Sahib Hüseynova minnətarlığımı bildiririəm”, - deyə o bildirib.

Xatırladaq ki, R.Kərimoğlu iyulun 5-də hər iki ayağında damarmənşəli xəstəlik diaqnozu ilə Ak. Mirqasımov adına Respublika Klinik Xəstaxanasınınn II Cərrahiyyə şöbəsinə yerləşdirlmişdi.