“Ronaldo mənə dedi ki, qol vuracaqsan, inan”

ronaldo-mene-dedi-ki-qol-vuracaqsan-inan
Oxunma sayı: 5934

Avropa Çempionatının final oyununda Portuqaliya Fransanı 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

Qafqazinfo” xəbər verir ki, həlledici oyunda yeganə qolun müəllifi Eder matçdan sonra maraqlı açıqlama verib. 

O, bunları deyib: “Özümü möhtəşəm hiss edirəm. Bunun üçün çox çalışdıq, bütün ölkə bizə dəstək oldu. Haqlı çempionluq qazandıq. Çünki çox istəyirdik. İlk gündən belə xəyallar qururdum. İndi Avropa çempionuyam. Qalibiyyət qolunu vurduğum üçün sevinirəm. Ronaldo meydana çıxarkən mənə dedi ki, sən qol vuracaqsan, buna inan. Elə də oldu”.