Ronaldo qol vurdu, “Əl-Nəsr” qalib gəldi - Video

ronaldo-qol-vurdu-el-nesr-qalib-geldi
Oxunma sayı: 2257

Səudiyyə Ərəbistanı çempionatının XXI-ci turunda “Əl-Nəsr” “Əl-Şəbab”la qarşılaşıb.

“Qafqazino” xəbər verir ki, “Əl-Nəsr” səfərdə 3:2 hesabı ilə qalib gəlib.

Matçın 21-ci dəqiqəsində Kriştiano Ronaldo penaltidən hesabı açıb. Anderson Talişka 46 və 86-cı dəqiqələrdə iki qol vuraraq dubl edib.

“Əl-Şəbab”ın heyətindən Yannik Ferreyra və Karlos Junior fərqlənib.

Bu qələbə ilə “Əl-Nəsr” 52 xalla turnir cədvəlində 2-ci yerdə, “Əl-Şəbab” isə 24 xalla 12-ci yerdə qərarlaşıb.